Marneuli meriyası 6 kənddə kənd proqramı ilə həyata keçiriləcək
işləri sadələşdirilmiş qaydada alıb.
Algeti, Şərab Zavodu ərazisində olan məktəbin həyətində, İlməzli
kəndində, Ambarovkada, Tsereteli və Norqiulda trenajorların
quraşdırılması, Yenikənddə isə dayanacağın tikilməsi
planlaşdırılır. İşləri “Sopo” MMC meriyadan birbaşa qayda ilə
bağlanmış müqavilə əsasında həyata keçirəcək.
Algetidə, Şərab Zavodu ərazisində mövcud olan məktəbin həyətində
bir neçə növ trenajorun quraşdırılması planlaşdırılıb. Həmçinin,
“qarın və əzələlər üçün”, “belin düzəldilməsi üçün” trenajor
olacaq.
Müqavilənin dəyəri 22 514.96 lari təşkil edir. Buradan 15 520 lari
dövlət büdcəsindən, 6 994,96 lari isə yerli büdcədən
maliyyələşdirilir. İşlərin həyata keçirilməsi müddəti olaraq 90 gün
nəzərdə tutulub. Həmin məbləğ və analoji trenajorların
quraşdırılması İlməzli, Tsereteli, Norqiul, Ambarovka kəndlərində
də nəzərdə tutulub.
Yenikənddə isə dayanacaq tikintisi avtopavliyonun qurulması
işlərinə meriya 15 086,64 lari ödəyəcək.
Hər 6 kənddə layihənin ümumi dəyəri 127 661,44 lari təşkil
edir.