Tbilisidə “Gücümüz Həmrəyliyimizdədir” adlı konsert keçiriləcək
Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan “Gücümüz Həmrəyliyimizdədir” adlı konsert keçiriləcək. Konsert 28 dekabr tarixində saat 19:00-da “Mirzə Fətəli Axundovun ev muzeyin”nin təşkilatçılığı ilə baş tutacaq. Məlumata görə, tədbir Tbilisidə fəaliyyət göstərən Gürcüstanın Dövlət Folklor Mərkəzində keçiriləcək.

Konsertdə iştirak edəcəklər:
  • İaloni ansamblı
  • Müğənni - Dito Kisişvili
  • Hər kəsin sevimlisi - Aşıq Nargilə
  • Azərbaycanın Əməkdar artisti - Nərgiz Əliyeva
  • Azərbaycanın Əməkdar artisti - Fəridə Məlikova
  • Müğənni - Mişo Cavaxişvili
  • Müğənni - Veriko Turaşvili
  • “Ceyran” rəqs ansamlı
  • “Melitassy” rəqs ansamblı və xüsusi qonaqlar
  • Akademiya Gvirila
  • Ethno Sixtet
Konsert ödənişlidir. Biletin qiyməti 10-15 laridir və biletləri onlayn əldə etmək üçün 598320009 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun. Mirzə Fətəli Axundovun ev muzeyi

Konsertin keçiriləcəyi ünvan: Gürcüstanın Dövlət Folklor Mərkəzi, David Ağmeşenebeli küçəsi 68, Tbilisi, Gürcüstan.

Print Email
FaceBook Twitter Google