Marneuli-Sadaxlı yolunda “TIR”-la “Mercedes” markalı avtomobil toqquşub, bir nəfər xəsarət alıb
Bu gün, 26 dekabr tarixində saat 7:00 radələrində Marneuli-Sadaxlı yolunun 19-cu km-də yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “TIR”-la “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə şahidlərinin sözlərinə görə, minik maşını “TIR”-ın arxasına çırpılıb. Qəza nəticəsində minik maşınına ciddi ziyan dəyib.

Qəzanın baş verdiyi əraziyə patrul polisi, təcili tibbi yardım və yanğınsöndürən cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Print Email
FaceBook Twitter Google