Marneulidə “Manqal” restoranında 10 uşaq zəhərlənib
25 dekabr tarixində “Manqal” restoranında 10 uşaq zəhərlənib.
Marneulinin “Aversi” klinikasında qida zəhərlənməsindən üç uşaq müalicə alır. “Aversi” klinikasının meneceri Manana Kapanadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, azyaşlı uşaqları xəstəxanaya dünən, 25 dekabr tarixində gətiriblər.

“Dünən, gecə növbəsində 3 xəstə gətirildi. Onlardan ikisi 10 yaşında, biri isə 11 yaşındadır. Vəziyyətləri stabildir”.

Milli Qida Agentliyinin Kvemo Kartli Regional Xidməti ciddi uyğunsuzluğa görə “Manqal” restoranının fəaliyyətini dayandırıb.

Milli Qida Agentliyindən “Marneuli” radiosuna bildirdilər ki, agentliyin müfəttişləri onlara gələn mesaj əsasında obyektdə yoxlama aparıblar və 10 nəfər yeniyetmənin zəhərlənməsi qeydə alınıb. Agentlik məlumat alan kimi reaksiya göstərib. Laboratoriya araşdırması üçün qida nümunələri götürülüb.

"Marneuli" Radiosu
Print