Bu gün, 27 dekabr tarixində saat 11:00 radələrində Marneuli-Tbilisi
yolunun Kumisidən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş
verib.
Qəza zamanı “Ford Focus”, “Ford Transit” və “Nissan Tiida” markallı
avtomobillər toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan olmayıb.
Qəzanın baş verdiyi əraziyə patrul polisi cəlb olunub.