Birinci Kosalı və ətraf kəndlərdə təbii qazın verilməsində fasilələr yaranıb
Birinci Kosalı və ətraf kəndlərdə təbii qazın verilməsində fasilələr yaranıb. Bu gün, 27 dekabr tarixində səhər saat 10:30-dan etibarən Birinci Kosalı kəndində təbii qazın verilməsi dayandırılıb. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı kənd sakinləri veriblər.

“SOCAR Georgia Gas” şirkətinin qaynar xəttindən "Marneuli" radiosuna verilən məlumata görə, boru xəttində qəza baş verib və təmir işləri həyata keçirilir. Təmir işləri başa çatdıqdan sonra təxminən saat 16:00-da təbii qazın verilməsi bərpa olunacaq.

"Marneuli" Radiosu

Print