Marneuli meriyası 180 000 lariyə kanalizasiya təmizləmək üçün maşın almağı planlaşdırır
Marneuli yerli özünüidarəsi kanalizasiya təmizləmək üçün maşın almağı planlaşdırır. Marneuli meriyasının maşının alınması ilə bağlı elan etdiyi tenderə görə, kanalizasiya təmizləmək üçün maşın ən gec 2022-ci il buraxılışı olmalıdır.

“Kanalizasiya təmizləmək üçün çənin həcmi ən az 3000 litr, ən çox isə 5000 litr olmalıdır. Çənin materialı polad və ya karbon-polad olmalıdır”, – alqı-satqı obyektinin texniki təsvirində yazılıb.

Marneuli yerli özünüidarəsi kanalizasiya təmizləmək üçün maşının alınması ilə bağlı tenderi 21 dekabr tarixində elan edib. Marneuli meriyası maşına 180 000 lari ödəməyi planlaşdırır.

Tenderdə iştirak etmək istəyən şirkətlər 3 yanvardan 6 yanvara kimi təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağladıqdan 60 gün ərzində maşını Marneuli meriyasına təhvil verməlidir.

Qeyd edək ki, Marneuli bələdiyyəsində indiki mərhələdə su və kanalizasiya sisteminin quraşdırılması layihəsi həyata keçirilir. Layihənin dəyəri 56 milyon dollardır və 2024-cü ilin sonuna qədər başa çatdırılmalıdır.

"Marneuli" Radiosu
Print