Marneuli yerli özünüidarəsi 58 000 litr içməli su almağı
planlaşdırır.
Marneuli meriyası suyun alınması üçün 23 dekabr tarixində tender
elan edib. Tender təklifinə görə, meriya su dispenserləri və
stəkanların alınmasını da planlaşdırır.
“19 litrdən az olmayan polikarbonat qabda, su dispenseri üçün
nəzərdə tutulmuş 3000 ədəd hidrokarbonat-kalsium tipli qazsız su.
2000 ədəd hava keçirməyən qapaqlı, brend etiketli, müvafiq
məlumatların qeyd olunduğu 0,5 litrlik polietilen qablarda içməli
mineral su və 1000 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş
plastik şəffaf stəkan”, – tender təklifində qeyd
olunub.
Tender təklifinə görə, tenderdə qalib gələn şirkət su qabları ilə
birlikdə 36 su dispenserinin verilməsini də təmin etməlidir.
Dispenserlər meriyanın müvəqqəti istifadəsinə pulsuz veriləcək.
Marneuli meiryası içməli suyu 31 822 lariyə almağı planlaşdırır.
Tender təklifinə görə, qalib gələn şirkət içməli suyu meriyaya
2023-cü ilin 30 dekabr tarixinə qədər çatdırmalıdır.