Marneuli meriyası 31 822 lariyə içməli su almağı planlaşdırır
Marneuli yerli özünüidarəsi 58 000 litr içməli su almağı planlaşdırır. Marneuli meriyası suyun alınması üçün 23 dekabr tarixində tender elan edib. Tender təklifinə görə, meriya su dispenserləri və stəkanların alınmasını da planlaşdırır.

“19 litrdən az olmayan polikarbonat qabda, su dispenseri üçün nəzərdə tutulmuş 3000 ədəd hidrokarbonat-kalsium tipli qazsız su. 2000 ədəd hava keçirməyən qapaqlı, brend etiketli, müvafiq məlumatların qeyd olunduğu 0,5 litrlik polietilen qablarda içməli mineral su və 1000 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik şəffaf stəkan”,
– tender təklifində qeyd olunub.

Tender təklifinə görə, tenderdə qalib gələn şirkət su qabları ilə birlikdə 36 su dispenserinin verilməsini də təmin etməlidir. Dispenserlər meriyanın müvəqqəti istifadəsinə pulsuz veriləcək.

Marneuli meiryası içməli suyu 31 822 lariyə almağı planlaşdırır. Tender təklifinə görə, qalib gələn şirkət içməli suyu meriyaya 2023-cü ilin 30 dekabr tarixinə qədər çatdırmalıdır.

"Marneuli" Radiosu

Print