Mağalaşvili körpüsünün bərpasına 1 880 000 lari lazımdır
Marneulidə Durmuşxan Mağalaşvili körpüsünün bərpası həyata keçiriləcək.

Layihəni 26 dekabr tarixində, Bələdiyyə Məclisinin üzvlərindən biri Adil Əliyev təsdiqləmək üçün Bələdiyyə Məclisi iclasına çıxarıb.

Onun “Marneuli” radiosuna bildirdiyinə görə, şəhərin mərkəzində olan körpü mərkəzi büdcənin maliyyələşdirilməsi ilə tam bərpa olunacaq.

“2022-ci ilin 21 dekabr tarixində Marneuli bələdiyyə meri tərəfinən məktub gəldi. Bizdən layihəni bəyənməyimizi istəyirlər. Bu Gürcüstan Regional Fondunun maliyyələşdirdiyi layihəyə aiddir.

Layihə Marneulidə Durmuşxan Mağalaşvili körpüsünün tam bərpası ilə bağlıdır. Mövcud layihənin büdcəsi 1880 000 lari təşkil edir. Təsdiqlənməsini istəyirik”
– Marneuli Bələdiyyə Məclisinin üzvü Adil Əliyev bildirdi.

Deputatlar qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul ediblər. Adil Əliyevin sözlərinə görə, qeyd olunan layihəni maliyyələşdirilməsi üçün Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinə göndərəcəklər.

26 dekabr tarixində Bələdiyyə Məclisi iclasında Marneulinin 2023-cü il büdcəsi təsdiq edilib. Yerli özünüidarənin büdcəsi indiki mərhələdə 46 856 300 lari müəyyən olunub. Qanunvericilik orqanından bildirdiklərinə görə, bu büdcənin yekun versiyası deyil və mərkəzi büdcədən də pul gözləyirlər. Gələn ilin büdcəsində müəyyən edilmiş pul haqqında meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbər səlahiyyətlərini icra edən Maia Naveriani danışıb.


Print Email
FaceBook Twitter Google