Marneulidə Durmuşxan Mağalaşvili körpüsünün bərpası həyata
keçiriləcək.
Layihəni 26 dekabr tarixində, Bələdiyyə Məclisinin üzvlərindən biri
Adil Əliyev təsdiqləmək üçün Bələdiyyə Məclisi iclasına
çıxarıb.
Onun “Marneuli” radiosuna bildirdiyinə görə, şəhərin mərkəzində
olan körpü mərkəzi büdcənin maliyyələşdirilməsi ilə tam bərpa
olunacaq.
“2022-ci ilin 21 dekabr tarixində Marneuli bələdiyyə meri tərəfinən
məktub gəldi. Bizdən layihəni bəyənməyimizi istəyirlər. Bu
Gürcüstan Regional Fondunun maliyyələşdirdiyi layihəyə aiddir.
Layihə Marneulidə Durmuşxan Mağalaşvili körpüsünün tam bərpası ilə
bağlıdır. Mövcud layihənin büdcəsi 1880 000 lari təşkil edir.
Təsdiqlənməsini istəyirik” – Marneuli Bələdiyyə
Məclisinin üzvü Adil Əliyev bildirdi.
Deputatlar qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul ediblər.
Adil Əliyevin sözlərinə görə, qeyd olunan layihəni
maliyyələşdirilməsi üçün Gürcüstan Regional İnkişaf və
İnfrastruktur Nazirliyinə göndərəcəklər.
26 dekabr tarixində Bələdiyyə Məclisi iclasında Marneulinin 2023-cü
il büdcəsi təsdiq edilib. Yerli özünüidarənin büdcəsi indiki
mərhələdə 46 856 300 lari müəyyən olunub. Qanunvericilik orqanından
bildirdiklərinə görə, bu büdcənin yekun versiyası deyil və mərkəzi
büdcədən də pul gözləyirlər. Gələn ilin büdcəsində müəyyən edilmiş
pul haqqında meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbər
səlahiyyətlərini icra edən Maia Naveriani danışıb.