“Marneuli” radiosunun jurnalisti Amil Məmmədov Mirzə Fətəli
Axundovun ev muzeyi tərəfindən xüsusi mükafata layiq görülüb.
Mükafat Axundov ev muzeyinin əməkdaşları tərəfindən
28 dekabr tarixində Tbilisidə keçirilən “Gücümüz
Həmrəyliyimizdədir” adlı tədbirdə təqdim olundu. Mükafat
Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi dəstəyə görə
verilib.
Tədbir çərçivəsində Amil Məmmədovla yanaşı digər jurnalistlərə də
mükafatlar təqdim olunub. Amil Məmmədovun sözlərinə görə, bu onun
üçün ən dəyərli mükafatlardan biridir.
“Bu mənim üçün gözlənilməz bir hadisə oldu. Bu mükafat
mənim aldığım ən yaxşı mükafatlardan biridir. Buna layiq gördükləri
üçün Axundov muzeyinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Biz
həmişə çalışmışıq ki, xalqımızın və ölkəmizin mədəniyyətini hər
zaman tanıdaq. Bu gündən belə də bu istiqamətdə əlimizdən gələn hər
şeyi etməyə çalışacağıq. Bir daha hər kəsə öz təşəkkürümü
bildirirəm”.
Qeyd edək ki,
Axundov muzeyinin təşkil etdiyi “Gücümüz
Həmrəyliyimizdədir” adlı tədbirdə Filoloq Oqtay Kazımov da Mirzə
Fətəli Axundovun 210 illiyinə həsr olunmuş medalla təltif
olunub.