Tbilisidə Aşıq Kamandarın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi (FOTO/VİDEO)
Bu gün, 29 dekabr tarixində Tbilisi şəhərində Aşıq Kamandarın 90 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə Azərbaycan və Türkiyə respublikalarının səfirləri və səfirliklərin əməkdaşları, "TİKA" təşkilatının nümayəndələri, Gürcüstan hökumətinin nümayəndələri, ziyalılar, gənclər və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Yubley mərasimində çıxış edənlər Aşıq Kamandarın həyat və yaradıcılığından danışdılar. Aşıq Kamandarın ev muzeyinin yaradılması haqqında tədbir iştirakçılarına məlumatlar verildi.

Tədbirdə Gürcüstan Parlamentinin keçmiş üzvü Ruslan Hacıyev, professor Mahmud Kamaloğlu və Aşıq Novruz Məmmədov Aşıq Kamandarın yaradıcılğına həsr edilmiş medalla təltif olundular. Bununla yanaşı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Mirzə Fətəli Axundovun 210 illiyinə həsr olunmuş mükafatla təltif olundu. Mükafat Axundov ev muzeyinin direktoru Leyla Əliyeva təqdim etdi.

Qonaqların çıxışlardan sonra tədbir aşıqların ifaları ilə davam etdi. Aşıqların çıxışları tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun və Aşıq Kamandar ev muzeyinin təşəbbüsü ilə keçirildi.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google