Qasımlının yeni inşa edilmiş məktəbinin ərazisində su qülləsi əyilib və sökülməlidir
Marneuli bələdiyyəsinin Qasımlı kənd məktəbinin həyətində sıradan çıxmış içməli su qülləsinin sökülməsi işləri aparılacaq.

Yerli özünüidarə işləri təcili surətdə “GMG Construction 2022”-dən 18 585 lariyə alıb. İşləri həyata keçirən dəmir borunu kəsmək, sifariş verən tərəfindən qeyd olunmuş yerə yerləşdirmək və ərazisini tullantılardan təmizləmək öhdəliyini üzərinə götürüb.

“Bildiyiniz kimi, Marneuli bələdiyyəsinin Qasımlı kəndində 21 kv.m qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin sahədə sıradan çıxmış, fəaliyyətsiz su qülləsi yerləşir. Qeyd olunan qüllə “Qasımlı kənd ictimai məktəbinin” ərazisində yerləşir və qəzalı vəziyyətdədir, təhsil prosesinin normal rejimdə həyata keçirilməsinə təhlükə yaradır. Buradan irəli gələrək, təhlükəsizlik risklərinin azaldılması məqsədi ilə Marneuli bələdiyyəsi tərəfindən qısa müddətdə qeyd olunan su qülləsinin sökülməsinin məqsədəuyğun olduğunu hesab edirəm. Xahiş edirəm, meriyanın Maliyyə-Büdcə Xidmətinə Qasımlı kəndində yerləşən sıradan çıxmış, fəaliyyətsiz su qülləsinin sökülməsi məqsədi ilə müvafiq xidmətlərin alınmasını təmin etmək tapşırığı verəsiniz”,
– Meriyanın izahatnaməsində yazılıb.

Təcili surətdə alınmış tenderdə qeyd olunub ki, sıradan çıxmış su qülləsinə dekabrda baş vermiş zəlzələ zamanı daha da ziyan dəyib və qüllənin ətrafında təhlükə hiss olunacaq qədər artıb.


Print Email
FaceBook Twitter Google