Marneuli bələdiyyəsinin Qasımlı kənd məktəbinin həyətində sıradan
çıxmış içməli su qülləsinin sökülməsi işləri aparılacaq.
Yerli özünüidarə işləri təcili surətdə “GMG Construction 2022”-dən
18 585 lariyə alıb. İşləri həyata keçirən dəmir borunu kəsmək,
sifariş verən tərəfindən qeyd olunmuş yerə yerləşdirmək və
ərazisini tullantılardan təmizləmək öhdəliyini üzərinə götürüb.
“Bildiyiniz kimi, Marneuli bələdiyyəsinin Qasımlı kəndində 21 kv.m
qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin sahədə
sıradan çıxmış, fəaliyyətsiz su qülləsi yerləşir. Qeyd olunan qüllə
“Qasımlı kənd ictimai məktəbinin” ərazisində yerləşir və qəzalı
vəziyyətdədir, təhsil prosesinin normal rejimdə həyata
keçirilməsinə təhlükə yaradır. Buradan irəli gələrək, təhlükəsizlik
risklərinin azaldılması məqsədi ilə Marneuli bələdiyyəsi tərəfindən
qısa müddətdə qeyd olunan su qülləsinin sökülməsinin məqsədəuyğun
olduğunu hesab edirəm. Xahiş edirəm, meriyanın Maliyyə-Büdcə
Xidmətinə Qasımlı kəndində yerləşən sıradan çıxmış, fəaliyyətsiz su
qülləsinin sökülməsi məqsədi ilə müvafiq xidmətlərin alınmasını
təmin etmək tapşırığı verəsiniz”, – Meriyanın
izahatnaməsində yazılıb.
Təcili surətdə alınmış tenderdə qeyd olunub ki, sıradan çıxmış su
qülləsinə dekabrda baş vermiş zəlzələ zamanı daha da ziyan dəyib və
qüllənin ətrafında təhlükə hiss olunacaq qədər artıb.