Əgər sizin küçədə zibil qablarının yerləşdirilməsinə ehtiyac varsa, “Təmiz Marneuliyə” müraciət etməlisiniz
Marneuli yerli özünüidarəsi tərəfindən alınmış 829 ədəd zibil qabından 66 Tsereteli, Saimerlo və Norqiul kəndlərinə artıq yerləşdirilib.

Qalan qablar isə Marneuli şəhəri və başqa-başqa kəndlərə paylanacaq.


“Marneuli” radiosu tərəfindən dünən, 12 yanvar tarixində yayımlanmış məqalədən sonra bir çox sakinlər redaksiyamızla əlaqə saxladılar və onların küçəsinə yeni zibil qabının yerləşdirilməsinin necə mümkün olduğunu soruşdular. Bu gün, 13 yanvar tarixində “Təmiz Marneulinin” rəhbəri Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, əgər vətəndaşlar zibil qablarını müvafiq ərazilərə yerləşdirmək istəyirlərsə, onlar Marneuli meriyasının balansında olan “Təmiz Marneuli” MMC-yə müraciət edə bilərlər.

“Vətəndaşlar bizə müraciət edə bilərlər. Müraciətdən sonra həmin əraziyə yeni zibil qabının yerləşdirilməsinin nə dərəcədə mühüm olduğunu müəyyən edəcəyik və müvafiq olaraq qərar verəcəyik. Saimerlo, Tsereteli və Norqiul kəndlərində indi yerləşdirilmiş zibil qabları aparılanda Bələdiyyə Məclisinin inzibati vahidlikdəki mütəxəssisini də göndərdim və özləri haraya istəyirdilər, zibil qablarını oraya qoydular. Bu kəndlərə gedirdik və qabları ona görə yerləşdirdik, yeni maşın olmasa, qabları əlavə edə bilmərik. Çünki fiziki olaraq çatdırmırıq, indi artıq yeni zibil toplayan maşın gözləyirik. Marneuli şəhərində bütün köhnə qabları dəyişdik, sonra isə həmin qabları təmir edəcəyik və kəndlərə qoyulacaq. Ümumiyyətlə, şəhərdə qablar standarta uyğun olaraq hər yerdə durur, amma əgər kimsə öz məntəqəsinə zibil qabının əlavə edilməsini istəyirsə, bizə müraciət edə bilər və problemi araşdırdıqdan sonra müvafiq qərar qəbul edəcəyik”,
- Leri Mumladze bildirdi.

“Təmiz Marneuli” MMC bələdiyyənin 55%-nə xidmət göstərir.

Yerli özünüidarə 829 ədəd zibil qabını almaq üçün beş ay əvvəl tender elan edib. 1100 litrlik plastik zibil konteynerlərini almaq üçün büdcədən yarım milyon lari ayrılıb.

Tenderdə iiki şirkət iştirak edib. “Orientir” MMC qalib gəlib, şirkət bələdiyyəyə zibil qablarını 493 255 lariyə almağı təklif edib.

Print Email
FaceBook Twitter Google