Sosial şəbəkədə ortayaşlı kişinin təsvir olunduğu video yayılıb. O,
gecələri Kutaisinin avtovağzalında qalır.
Videoda kişi qeyd edir ki, o, Marneulidəndir. Kişi sosial şəbəkədə
yayımlanmış videoda adının Zaman Orucov olduğunu bildirir. O,
həmçinin, qeyd edir ki, Marneulidə qohumları və yaşayış evi var.
Amma qayıtmaq istəmir. Vətəndaşlar yayımlanmış videonun şərhlərində
bildirirlər ki, kişi artıq bir neçə aydır Kutaisidə yaşayır və o,
əhali ilə çətin ünsiyyətə girir.
Videonu sizə təqdim edirik:
Əgər Zamanı tanıyırsınızsa və onun vəziyyəti barədə ailəsinə
məlumat verməyi vacib hesab edirsinizsə, bizimlə əlaqə
saxlayın.
Foto: Dantesi Photography