Rustavi meriyası Marneuliyə üç ədəd istifadə olunmuş avtobus hədiyyə edib
Rustavi meriyası Marneuli yerli özünüidarəsinə istifadə olunmuş avtobus hədiyyə edib. Marneuli meriyasının fərdi sahibkar Qiorqi Satseradze ilə bağladığı sadələşdirilmiş müqaviləyə görə, Rustavi meriyasının Marneuliyə hədiyyə etdiyi avtobusların texniki baxışa, təmirə ehtiyacı var.

“Bildiyiniz kimi, Rustavi meriyası tərəfindən Marneuli bələdiyyəsinə təmənnasız olaraq istifadə olunmuş 3 avtobus həmişəlik istifadəyə verilib. Avtobusların sonrakı istismarı üçün texniki baxışdan keçirilməsinə ehtiyac var. Eləcə də təmir olunmalıdır və buna görə, onların evakuatorla daşınmasına ehtiyac var”, – sadələşdirilmiş müqavilənin izahatnaməsində qeyd olunub.

Marneuli meriyası Qiorqi Satseradze ilə avtobusların evakuatorla daşınması xidmətinə görə, 1350 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb.



Print Email
FaceBook Twitter Google