Marneuli merinin əməkhaqqı 10%-lik artaraq 6050 lari olub
İctimai sektorda işlə təmin olunanların əməkhaqqı 10% artırılıb. Əməkhaqqılarında dəyişiklik yerli özünüidarədə işləyənlərə də təsir göstərib. Bələdiyyə Məclisi artıq Marneuli meriyasının ştat siyahısının təsdiqlənməsi və meriyanın vəzifəli şəxslərinin, peşəkar dövlət məmurlarının, inzibati müqavilə ilə işə qəbul olunmuş şəxslərin əməkhaqqının miqdarında dəyişikliklər edib.

Marneuli meri Kənan Ömərovun əməkhaqqı 550 lari artıb və aylıq əməkhaqqı hazırda 6050 lari təşkil edir. Merin birinci müavini Roin Dekanoidzenin əməkhaqqı 440 lari artırılıb və 4 840 laridir. Digər iki müavin, Zurab Panqani və Temur Şubitidzenin əməkhaqqısı isə 4 235 lari təşkil edib.

Bir neçə xidmət və onların rəhbərlərinin əməkhaqqını sizə təqdim edirik:

İnzibati Xidmət:
  • Birinci struktur vahidinin rəhbəri - əməkhaqqı 3509 lari
İcraat və Vətəndaşlara Xidmət Şöbəsi:
  • İkinci struktur vahidinin rəhbəri – 2783 lari
İctimaiyyətlə Əlaqələr Şöbəsi:
  • İkinci struktur vahidinin rəhbəri – 2783 lari
Maliyyə-Büdcə Xidməti:
  • Birinci struktur vahidinin rəhbəri – 3509 lari
Nəzarət Xidməti:
  • Birinci struktur vahidinin rəhbəri – 3509 lari
Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının müdafiəsi və Dəstəkgöstərmə Xidməti:
  • Birinci struktur vahidinin rəhbəri – 3509 lari
Maliyyə naziri Laşa Xutsişvilinin məlumatına görə, ictimai sektorda olan əməkhaqqı siyasəti özəl sektorun göstəricilərindən hiss olunacaq dərəcədə geri qalır və bu fərq 2026-cı ilə qədər aradan qaldırılmalıdır.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsində əməkhaqqıları üçün 7 057 000 lari nəzərdə tutulub.
"Marneuli" Radiosu
Print