Bələdiyyə Məclisi deputatları və Aparat əməkdaşları neçə lari əməkhaqqı alacaqlar
Marneuli Bələdiyyə Məclisində ümumilikdə 45 nəfər əməkhaqqı alır. Onlar arasında Bələdiyyə Məclisinin deputatları, eləcə də Bələdiyyə Məclisi Aparatında işlə təmin olunan şəxslər də var.

Bələdiyyə Məclisinin 33 deputatından cəmi 19-u əməkhaqqı alır. Bunlar Bələdiyyə Məclisinin sədri və onun müavinləri, fraksiya sədrləri, onun müavinləri, komissiya sədrləridir.
Marneuli Bələdiyyə Məclisinin 2022-ci il 29 dekabr tarixinə olan sərəncamına görə, Bələdiyyə Məclisinin vəzifəli şəxslərinin və Bələdiyyə Məclisi Aparatının peşəkar dövlət məmurlarının əməkhaqqının miqdarı müəyyən olunub.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin aylıq əməkhaqqı 2023-cü ilin yanvarından 5 566 lari olacaq. Onun birinci müavini Tariel Məmmədov hər ay 4 356 lari əməkhaqqı alacaq. Bələdiyyə Məclisi sədrinin daha iki müavini, Rövşən İsgəndərov və Riçard Qiqaninin maaşları isə 3509 lari təşkil edəcək.

Marneuli Bələdiyyə Məclisində iki fraksiya var – “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat”. “Gürcü Arzusu” fraksiyasının sədri Besik Qelenidzedir, “Vahid Milli Hərəkat” fraksiyasının sədri isə Laşa Kveladzedir. Onlar hər ay 2662 lari əməkhaqqı alacaqlar. “Gürcü Arzusu” fraksiyası sədrinin 7 müavini var. Onlar Omar İrişov, Maia Qelaşvili, Vano Burnadze, Adil Qurbanov, Ceyhun Çoydarov, Arsen Axverdyan və Levan Akopyandır. “VMH” fraksiyası sədrinin isə yalnız bir müavini var – Ramal Əhmədov. Fraksiya sədrinin müavinlərinin əməkhaqqı 2178 lari olacaq.

Marneuli Bələdiyyə Məclisində komissiya sədrləri də əməkhaqqı alacaqlar. Bələdiyyə Məclisinin 5 komissiya sədrinin əməkhaqqı isə 3 025 laridir.

Bələdiyyə Məclisi Aparatında işlə təmin olunanların əməkhaqqına gəldikdə isə ən yüksək əməkhaqqını Aparat rəhbəri alır və onun maaşı 3509 lari təşkil edir. Ən aşağı əməkhaqqını isə dördüncü dərəcədən birinci kateqoriyalı baş mütəxəssislər alır və bu 1 694 laridir.

Bələdiyyə Məclisi Aparatında işlə təmin olunanların sayını və onların əməkhaqqısının siyahısını sizə təqdim edirik:
  • Birinci dərəcəli birinci struktur vahidinin rəhbəri/aparıcı dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 3509 lari;
Təşkilatçılıq Şöbəsi:
  • İkinci dərəcəli ikinci struktur vahidinin rəhbəri/baş dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 783 lari;
  • Üçüncü dərəcədən birinci kateqoriyalı baş mütəxəssis/baş dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 057 lari;
  • Üçüncü dərəcədən ikinci kateqoriyalı baş mütəxəssis/baş dövlət vəzifəsi: 7 nəfər işlə təmin olunub. Əməkhaqqı 1936 lari;
  • Dördüncü dərəcədən birinci kateqoriyalı baş mütəxəssis/baş dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 1694 lari;
Gender məsələləri və qeyri-hökumət sektoru ilə əlaqələr şöbəsi:
  • İkinci dərəcəli ikinci struktur vahidinin rəhbəri/baş dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 783 lari;
  • Üçüncü dərəcədən ikinci kateqoriyalı baş mütəxəssis /baş dövlət vəzifəsi: 4 nəfər işlə təmin olunub. Əməkhaqqı 1936 lari;
Media və İctimaiyyətlə Əlaqələr Şöbəsi:
  • İkinci dərəcəli ikinci struktur vahidinin rəhbəri/baş dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 783 lari.
  • Üçüncü dərəcədən birinci kateqoriyalı baş mütəxəssis/baş dövlət vəzifəsi: 2 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 057 lari;
  • Dördüncü dərəcədən birinci kateqoriyalı kiçik mütəxəssis/baş dövlət vəzifəsi: 2 nəfər işlə təmin olunub. Əməkhaqqı 1694 lari.
Maddi-Texniki və Kompüter Təminat Şöbəsi:
  • Dördüncü dərəcəli ikinci struktur vahidinin rəhbəri/baş dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 783 lari.
  • Üçüncü dərəcədən ikinci kateqoriyalı baş mütəxəssis/baş dövlət vəzifəsi: 2 nəfər işlə təmin olunub. Əməkhaqqı 1936 lari;
  • Dördüncü dərəcədən birinci kateqoriyalı kiçik mütəxəssis/kiçik dövlət vəzifəsi: 2 nəfər işlə təmin olunub. Əməkhaqqı 1694 lari;

"Marneuli" Radiosu

 

Print