1 fevralda Marneuli ərazisində hava necə olacaq
Bu gün, 1 fevral tarixində gündüz saatlarında Marneuli ərazisində havanın parçalı buludlu olacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bələdiyyədə buludlu hava müşahidə ediləcək.

Havanın temperaturu gündüz +10 dərəcə isti olacaq, gecə isə temperatur -1 dərəcəyə qədər enəcək.

Məlumata görə, 2 fevral tarixində bələdiyyə ərazisində gündüz və gecə saatlarında qısa müddətli yağış yağacağı gözlənilir. Gündüz temperatur +6 dərəcə isi olacaq, gecə isə temperatur 0 dərəcə qədər enəcək.

3 fevral tarixinə gəlincə isə Marneuli ərazisində günün birinci yarısında havanın parçalı buludlu olacağı gözlənilir. Günün ikinci yarısı isə günəşli olacaq. Gecə saatlarında bələdiyyədə havanın parçalı buludlu olacağı gözlənilir. Gündüz havanın temperaturu +10 dərəcə istini göstərəcək, gecə isə temperatur -4 dərəcəyə qədər enəcək.


Print Email
FaceBook Twitter Google