2022-ci ildə Marneuli Kitabxanasından 3 766 kitab götürülüb – bu gün ümumdünya kitab oxuma günüdür
Bu gün, 1 fevral tarixində Ümumdünya Kitab Oxuma Günü qeyd olunur.

Ümumdünya Kitab Oxuma Günü Marneuli İctimai Kitabxanasında da qeyd olunacaq. Marneuli İctimai Kitabxanasının rəhbəri Lana Xexelaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneuli Kitabxanası yaradıldığı gündən Ümumdünya Kitab Oxuma Gününü qeyd edir və hər il müxtəlif tədbirlə həyata keçirir.

“Bu gün də kiçik tədbirlər planlaşdırırıq və müxtəlif məktəblərdən qonaqlar gözləyirik. Bundan əlavə bizim feysbuk səhifəmizdə bu günlə əlaqədar kiçik video yerləşdirilib və ümumiyyətlə, kitabxananın yaradılması, onun əhəmiyyət haqqında olan videodur. Yəqin hamı razılaşar ki, kitabxananın olması bizim rayon üçün çox mühümdür.Bu hamının ədəbiyyatdan yararlanması üçün imkandır. Bizim xidmətlər pulsuzdur və müxtəlif yaşda olan oxuculara maraqlı, bədii eləcə də peşəkar ədəbiyyat təklif edirik”-
Lana Xexelaşvili bildirdi.

Marneuli İctimai Kitabxanasının rəhbərinin sözlərinə görə, kitabxana oxucularının əksəriyyəti gənclər və məktəb yaşlı uşaqlardırlar. Ancaq onların xidmətlərindən böyüklər də yararlanır və Marneuli Kitabxanasına hər gün gedən oxucular da var.


Kitabxananın rəsmi statistikasına görə, 2022-ci il ərzində oxumaq üçün 3766 kitab aparılıb. Onlardan 1751 gürcü, 2015 isə digər dillərdə olan kitablardır. Ötən il ərzində Marneuli Kitabxanasında 299 yeni oxucu qeydiyyatdan keçib, onlardan 64 etnik gürcü, 235 isə etnik azlıq nümayəndəsidir. Statistikaya görə, kitabxana zalında 2022-ci ildə 18 tədbir həyata keçirilib.




Print Email
FaceBook Twitter Google