147 kişi, 3 qadın – Algetidə kənd toplantısı keçirilib
Bu gün, 1 fevral tarixində “Kəndə dəstək proqramı” çərçivəsində Marneuli miqyasında kənd toplantılarının keçirilməsinə başlanılıb.

“Marneuli” radiosu Algeti kəndində keçirilən kənd toplantısını müşahidə edirdi. Toplantıda yerli özünüidarə 150 imza toplaya bildi.

Algeti kəndində ümumi kənd toplantısı saat 13:00-da başladı və yerli özünüidarə nümayəndələri toplantının legitimliyi üçün təxminən 1 saat ərzində imza topladılar.

Marneuli meriyasının Maliyyə Büdcə Xidmətinin rəhbəri Maia Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Algetidə kənd toplantısının legitimliyi üçün 200 imza lazım idi. Amma imzalayanların sayının ən azı üçdə biri toplansa belə, iclas baş tutmuş sayılır. Qeyd edək ki, 150 imza atan şəxsdən 147-si kişi, yalnız 3-ü qadındır.

Algeti kənd əhalisi ümumi kənd toplantısı çərçivəsində küçə işıqlarının quraşdırılmasını dəstəklədi. “Kəndə dəstək proqramı” çərçivəsində Algeti kəndinə 20 000 lari ayrılıb.


Print Email
FaceBook Twitter Google