Təzəkənddə kənd toplantısı baş tutmayıb
Təzəkənddə “kənd toplantısı” baş tutmayıb. 1 fevral tarixində, saat 14:00-a təyin edilmiş görüş əhalinin yetərli sayda olmamasına görə baş tutmayıb.

İclas üçün 200 imza lazım idi, ancaq iclasa təxminən 40 nəfər gəlib. Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısı Maia Naveriani toplantının baş tutmadığını elan etdi və Təzəkənd sakinləri ilə təkrar görüşü 2 fevral, saat 11:00-a elan edib. Əhalinin toplaşması üçün öhdəlik daşıyanlardan biri merin nümayəndəsidir. O, bizimlə söhbəti zamanı bildirdi ki, yerli sakinlərə kənd toplantısı ilə bağlı əvvəlcədən məlumat verib, ancaq əksəriyyət deyilən vaxtda həmin yerə gəlməyib.

Kənd üçün mərkəzi büdcədən 20 000 lari ayrılıb. Kəndə dəstək proqramı üçün 2023-cü ildə mərkəzi büdcədən 1 232 00 lari ayrılıb.

Kəndlərə pul əhalinin sayına əsasən bölünüb. Hər kənd üçün minimum 12 000, maksimum 20 000 lari nəzərdə tutulub.
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 1 fevraldan 15 fevrala kimi keçiriləcək.

Marneuli meriyası “Kəndə dəstək proqramı çərçivəsində” maliyyələşdirilməsi mümkün olan layihələrin siyahısını yayımlayıb.
Yerli əhalinin qərarı ilə müxtəlif kəndlərdə qeyd olunan layihələri maliyyələşdirmək mümkün olacaq:

• İçməli su sistemləri (O cümlədən quyular, su kəmərləri, su anbarları, təmizləyici qurğular və s.);
• Suvarma sistemləri;
• Kanalizasiya;
• Sahil bərkitmə işləri;
• Yollar və yolkənarı dayanacaqlar; eləcə də səkilər və yolun tərkib hissəsi olan digər infrastruktur;
• Körpülər, çərçivələr, körpü tağları, keçidlər;
• Küçə işıqları;
• Məktəb ərazisində yenidənqurma işləri;
• Məktəbəqədər müəssisələr və müvafiq inventar;
• Ambulatoriya binaları;
• Qəbiristanlıqların hasarlanması;
• İdman infrastrukturu, meydançalar və meydançalar üçün inventar;
• Parklar, həmçinin, müvafiq inventarı olan uşaq parkları, eləcə də ayaqyolu, müvafiq inventarı olan istirahət məkanları;
• Dəyirmanların bərpası və müvafiq inventar;
• Mini-seslər və müvafiq bərpa işləri;
• Coğrafi obyektlərə adın verilməsi və ünvan verilməsinə uyğun olaraq, müvafiq işarələrin, eləcə də turist yerlərini göstərəcək nişanların yerləşdirilməsi.



Print Email
FaceBook Twitter Google