7 fevral tarixində Marneuli Mədəniyyət Evinin konsert zalında Ani
Nozadzeyə dəstək konserti keçiriləcək.
“Ani üçün” – Mədəniyyət Mərkəzi tərəfindən planlaşdırılan, saat
18:00-da başlayacaq tədbir belə adlanır.
“Ani Mədəniyyət Mərkəzinin fərqlənən üzvüdür. Bizim
mirvarimiz! İllər ərzində “Red carpet” qrupunun uğurlu vokalisti
olub. Bu günə qədə Mədəniyyət Mərkəzi üçün, ümumilikdə bələdiyyə
üçün mühüm layihələrdə fəal iştirakı davam etdirir. Biz bununla
fəxr edirik və ona minnətdarıq. Aninin böyük məqsədləri var. O,
müstəqil, formalaşmış musiqiçidir və iri addımlarla peşəkar
inkişafa davam edir. “Voice” layihəsində uğurlu başlanğıc buna
nümunədir. Bu gün ona bizim dəstəyimiz lazımdır. Ona enerji
ötürməliyik ki, tezliklə ailəsinə, işinə, dostlarına qayıtsın. Bu
tədbirlə bir daha demək istəyirik ki, o, bizim üçün nə dərəcədə
mühümdür! – “biz buradayıq və onu gözləyirik!” –
Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili “Marneuli” radiosuna
bildirdi.
Konsertdə iştirak etmək istəyənlər bilet almaq üçün Marneuli
Bələdiyyəsinin Mədəniyyət Mərkəzinə (Marneuli şəhəri, Rustaveli
küçəsi N108) müraciət edə və ya qeyd olunan nömrəyə zəng edə
bilərlər: 577961872.
Ani Nozadze bir aydan artıqdır ki, işemik insult diaqnozu ilə
xəstəxanadadır.