Marneulili Bunyamin Qocayevin yardıma ehtiyacı var.
1 yaş 9 aylıq Bunyaminin bir neçə aylıq olarkən səhhətində
problemlər yaranıb. Anası Səma Qocayevanın sözlərinə görə,
dəfələrlə tibb müəssisələrinə getməsinə baxmayaraq, azyaşlının
diaqnozu müəyyən edilməyib.
“Üç aylıq idi, vəziyyəti pisləşdi. Həkimə apardıq,
epilepsiya dedilər. Bir müddət epilepsiya müalicəsi aldı. Sonra 8
ayında yenə pis olmağa başladı və Aversiyə apardıq. Orada tutmalar
təkrarlandı və təcili olaraq “New Hospitalsa” apardılar. İaşviliyə
də aparmışdıq, başında heç nə yoxdur, qan analizləri, hemoqlobini
aşağı idi, dedilər anemiyadır, amma müalicə olunmur. İki ay
İaşvilidə qaldıq, diaqnoz qoya bilmədilər. Dedilər ki, Türkiyədyə,
yaxud Almaniyaya apara bilərik, mən ingilis və alman dilini
bilmirəm, Türkiyəyə apara bilərəm. Ancaq bu qədər imkanım yoxdur.
Türk dili bilirəm, Ankara xəstəxanası ilə danışdım, nə qədər pul
lazım olduğunu araşdırıram, Antalyaya zəng vurdum, təkcə analiz 3
500 dollara başa gəlir”.
Səma Qocayevanın sözlərinə görə, indiki mərhələdə xaricdə müalicə
üçün lazım olan pulun dəqiq miqdarı məlum deyil, ancaq ailənin
uşağı xaricdə müalicə etdirmək imkanı yoxdur və ictimaiyyətdən
yardım gözləyir.
Yardım etmək istəyənlər qeyd olunan hesab nömrəsinə yardımlarını
köçürə bilərlər:
Gürcüstan Bankının hesabı: GE95BG0000000541606166