Marneuli meriyası dəftərxana ləvazimatları almaq üçün təkrar tender elan edib
Marneuli yerli özünüidarəsi dəftərxana ləvazimatları almaq üçün təkrar tender elan edib. Meriya birinci tenderi 2022-ci ilin 25 noyabr tarixində elan etmişdi. Həmin tenderə görə, yerli özünüidarə 25 227 lari xərcləməyi planlaşdırırdı.

Tenderdə iki şirkət iştirak edib. Buna baxmayaraq elektron alqı-satqı baş tutmamışdı və yenidən tender elan etmək ehtiyacı yaranıb.

Marneuli meriyası mexaniki karandaşlar, ehtiyat karandaş, diyircəkli qələmlər, pozan, karandaş itiləyən, dəftərxana ləvazimatları, təqvimlər, stepler və stepler simləri, kağız sancaqları, knopkalar, dəftərxana qısqacları, maqnitli lövhə silgiləri, markerlər, korreksiya ağardıcıları, mürəkkəb, özü qatlanan kağızlar, masa rəfləri və orqanayzerlər, antisteplerlər, dəlgeclər, sənədlərin yığılması üçün qovluqlar, dəftərxana bıçaqları, zərflər, flipçart kağızları və lövhələrin alınması üçün 2023-cü ilin 10 fevral tarixindəyenidən 25 227 lari dəyərində tender elan edib.

Tenderdə iştirak etmək istəyən şirkətlər 18 fevraldan 20 fevrala qədər öz təkliflərini təqdim edə bilərlər.

Print Email
FaceBook Twitter Google