Tbilisidə keçirilən yarışda “Qızıl canavar” karate idman klubunun idmançıları 5 medal qazanıblar
19 fevral tarixində Tbilisidə Muaytay üzrə “Tbilisi” açıq çempionatı keçirilib. Çempionata Marneulidən 5 idmançı qatılıb. Onlardan 4-ü qızıl, 1-i isə gümüş medal qazanıb. Bu barədə məlumatı “Sayokan” federasiyasının prezidenti Faiq Məmmədov verdi. Onun sözlərinə görə, Marneulidən yalnız onun rəhbərlik etdiyi “Qızıl canavar” karate idman klubunun idmançıları iştirak edib.

“Tbilisidə keçirilən yarışda təkcə Marneulidən mənim idman klubumun idmançıları iştirak edirdilər. Onlardan Nicat Əlizadə, Elmiz Əliyev, Yolçu Qurbanov və Əbuzər Əliyev birinci yerə çıxdılar. Təkcə bir idmançım – Əli Ələkbərov ikici yeri qazandı”, – Faiq Məmmədov dedi.

Faiq Məmmədovun bildirdiyinə görə, 4-5 mart tarixində Qardabani şəhərində keçiriləcək kikboksinq yarışına hazırlaşırlar. O, ümid edir ki, həmin yarışdan qələbə ilə qayıdacaqlar.


Print Email
FaceBook Twitter Google