Marneulili idmançı cüdo üzrə Gürcüstan çempionu olub
Marneuli İdman Məktəbinin yetirməsi Luka Kapanadze cüdo üzrə Gürcüstan çempionu olub. Bu barədə məlumat idman məktəbinin feysbuk səhifəsində paylaşılıb. Məlumata görə, 18 fevral tarixində Tbilisidə cüdo üzrə Gürcüstan çempionatının ikinci mərhələsi keçirilib və Marneulili idmançı yarışda uğurla çıxış edib.

“Bu il fevralın 18-də Tbilisi şəhərində cüdo üzrə Gürcüstan çempionatının ikinci mərhələsi keçirildi. Burada Marneuli İdman Məktəbinin şagirdi Luka Kapanadze uğurla çıxış edib və 73 kq çəki dərəcəsində çempionatın qalibi olub. Luka Marneuli İdman Məktəbinin uğurlu və perspektivli idmançılarından biridir. Luka Gürcüstanın cüdo üzrə milli komandasına yazılıb. Marneuli İdman Məktəbi Lukanı uğuru münasibətilə təbrik edir”, – paylaşımda deyilir.

Qeyd edək ki, Luka Kapanadzenin şəxsi məşqçisi Demuri Jorjolianidir.


Print Email
FaceBook Twitter Google