21 fevralda Marneuli ərazisində hava parçalı buludlu olacaq
Bu gün, 21 fevral tarixində Marneuli ərazisində gündüz və gecə saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bələdiyyədə şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz +10 dərəcə qeydə alınacaq, gecə isə havanın temperaturu -1 dərəcəyə qədər enəcək.

22 fevral tarixində Marneuli ərazisində gündüz saatlarında hava parçalı buludlu olacaq. Gecə saatlarında bələdiyyədə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +12 dərəcə isti olacaq, gecə isə temperatur +2 dərəcə qədər enəcək.

23 fevral tarixinə gəlincə isə Marneuli ərazisində gündüz saatlarında yağış yağacağı gözlənilir. Gecə saatlarında isə yağış və sulu qar yağacaq. Gündüz saatlarında havanın temperaturu +8 dərəcə isti olacaq, gecə isə temperatur +1 dərəcə qeydə alınacaq.


Print Email
FaceBook Twitter Google