Rustavi meriyası tərəfindən Marneuliyə hədiyyə edilmiş üç
avtobusdan biri Marneuli-Qızılhacılı istiqamətində hərəkət edəcək.
“Avtoparkın” direktor müavini Murman Mumladze “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, Rustavinin Marneuliyə hədiyyə
etdiyi üç avtobusdan biri artıq təmir olunub və texniki baxış
lazımdır.
“Biz düşünürük ki, bu bir avtobus Marneuli-Qızılhacılı
istiqamətində işləsin. Hələ texniki baxışdan keçəcək və sonra xəttə
buraxılacaq. Qalan iki avtobus hələ təmir prosesindədir. Həmin
avtobusların təmirdən sonra hansı istiqamətdə işləyəcəyinə qərar
verəcəyik”, – Murman Mumladze bildirdi.
Rustavi meriyası Marneuli yerli özünüidarəsinə istifadə edilmiş
avtobusları bir neçə həftə əvvəl hədiyyə edib. Marneuli meriyası
evakuator xidməti üçün 1350 lari dəyərində sadələşdirilmiş müqavilə
bağlayıb və avtobusları təmir məqsədi ilə xidmət mərkəzinə
aparıb.