Marneuli məktəblərində yaz tətili nə zaman başlayacaq?
Marneulinin ictimai məktəblərində 2022-2023-cü tədris ilinin yaz tətili iki həftəyə başlayacaq.

Resurs Mərkəzin nümayəndəsi İrma Davadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, təhsil müəssisələri bir həftəlik, 8-15 mart dövründə istirahət edəcəklər.

Təhsil prosesi 8 mart tarixində dayandırılacaq və 15 martda bərpa olunacaq.

Marneuli miqyasında ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir.

Print Email
FaceBook Twitter Google