Marneuli meriyası Tserakvi və Sioni kəndlərinin daxili yollarının tikintisinə 437 700 lari xərcləməyi planlaşdırır
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Tserakvi və Sioni kəndində daxili yollara dəmir beton qatının tökülməsi işləri üçün bir daha tender elan edib. Meriya işlər üçün birinci tenderi 2022-ci ilin 13 aprel tarixində elan etmişdi.

Həmin tenderdə üç şirkət iştirak edib. Buna baxmayaraq, Marneuli meriyası tenderi dayandırıb.

Tender komissiyasının iclas protokoluna əsasən Sioni və Tserakvidə daxili yollara dəmir-beton qatının tökülməsi tenderinin dayandırılmasına Marneuli şəhər Nərimanov 1 ünvanında yerləşən binaların eyvanının uçması səbəb olub.

“Korpusun bir hissəsində eyvanın uçmasından sonra iki nəfər dünyasını dəyişdi. Buna görə, Marneuli bələdiyyəsinin özünüidarəsi tərəfindən, təcili surətdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırıldı. Bizim tərəfimizdən müvafiq ekspertizanın rəyi və onlara əsaslanaraq tərtib edilmiş layihə-maliyyə uçotu sənədləri əsasında binanın bərpa və möhkəmləndirilməsi işlərinin aparılması üçün mümkün fəsadların qarşısını almaqla bir növ profilaktika aparılmalı idi. Bunun üçün Marneuli meriyasının Şəhərsalma, Məkan Tənzimlənməsi, Memarlıq və Tikinti Xidməti tərəfindən məsələnin tender prosedurlarına başlanılmasına görə müvafiq təşəbbüs məqsədi ilə təqdim edilmiş yazılı izahatnamə təqdim edib. İzahatnamə ilə yanaşı verilmiş smeta sənədlərində nəzərdə tutulmuş işlər üçün lazım olan kifayət qədər vəsaitin hazırda yerli büdcədə olmamasına görə, Marneuli bələdiyyəsinin Tserakvi və Sioni kəndlərində daxili yollara dəmir-beton qatının tökülməsi işlərinin elektron tenderinin dayandırılması prosedurunun başlanılması haqqında məsələ qaldırılıb”-
tender komissiyasının iclas protokolunda qeyd olunub.

Marneuli meriyası Sioni və Tserakvi kəndlərində daxili yollarda dəmir-beton qatının töklüməsi işləri üçün nəzərdə tutulmuş vəsaiti Nərimanov 1 ünvanında yerləşən korpusların bərpası üçün lazımı smeta sənədlərinin alınmasına xərcləyib.

Marneuli meriyası Tserakvi və Sionida dəmir-beton qatının tökülməsi üçün yeni tenderi 2023-cü ilin 24 fevralında elan edib.

Dəmir-beton qatı Tserakvi və Sioninin daxili yollarına töküləcək. Yerli özünüidarə bunun üçün 437 700 lari ayırıb. Sioni və Tserakvidə dəmir/beton qatının tökülməsi layihəsinin sənədlərinə görə, kənddə ümumilikdə 6 hissədə daxili yol salınacaq.

“Obyektdə torpaq yol var və sıradan çıxıb. Oyuqlara rast gəlinir və yağış zamanı həmin oyuqlar su ilə dolur. Eninə və uzununa profillər pozulub. Yağışlı havada piyada və avtomobil sürücülərinə yolda hərəkət etmək narahatçılıq yaradır”
-
layihə sənədlərində qeyd olunub.

Tenderdə iştirak etmək istəyəb şirkətlər tender təkliflərini 12-dən 17 marta qədər göndərə bilərlər.


Print Email
Tags: Sioni Tserakvi
FaceBook Twitter Google