Kurtlar inzibati ərazi vahidliyindən Türkiyəyə yardım köçürülüb (FOTO)
Marneuli rayonun Kurtlar inzibati ərazi vahidliyinə daxil olan kəndlərindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkənlərə 9 551 lari maddi yardım köçürülüb. Maddi yardım Kurtlar, Baydar, Böyük Muğanlı və Lejbəddin kəndlərindən toplanıb. Toplanan məbləğ Türkiyənin Gürcüstandakı səfirliyinin bank hesabına köçürülüb.

Kənd sakinlər səfirliyin əməkdaşları ilə görüşərək Türkiyə hökümətinə və xalqına başsağlığı verdilər. Sakinlər onu da qeyd etdilər ki, hər zaman türk xalqının yanındadılar və hər zaman dəstək olmağa hazırdılar.

Qeyd edək ki, yardım aksiyası Marneuli ilə yanaşı Bolnisi, Dmanisi, Qardabani, Tbilisi və digər bölgələrdə də həyata keçirilib. Kampaniya çərçivəsində pul, geyim və digər əşyalar toplanaraq Türkiyəyə göndərilib.

Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonun olan 7,7 bal və 9 saat sonra episentri eyni vilayətin Elbistan rayonu olan 7,6 bal gücündə iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 baladək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş vermiş 10 vilayətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print