28 fevral tarixində Marneuli ərazisində hava necə olacaq
Bu gün, 28 fevral tarixində Marneuli ərazisində gündüz və gecə saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bələdiyyədə mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz +20 dərəcə qeydə alınacaq, gecə isə havanın temperaturu +6 dərəcəyə qədər enəcək.

1 mart tarixində Marneuli ərazisində gündüz və gecə saatlarında hava parçalı buludlu olacaq. Havanın temperaturu gündüz saatlarında +19 dərəcə isti olacaq, gecə isə temperatur +6 dərəcə qədər enəcək.

2 mart tarixinə gəlincə isə Marneuli ərazisində gündüz saatlarında hava parçalı buludlu olacaq. Gecə saatlarında isə bələdiyyədə yağış yağacaq. Gündüz saatlarında havanın temperaturu +16 dərəcə isti olacaq, gecə isə temperatur +6 dərəcəyə qədər enəcək.

Print Email
FaceBook Twitter Google