Marneulidə 12 saatdan çoxdur ki, əhaliyə elektrik enerjisi verilmir
1 mart, axşam saatlarından Marneuli bələdiyyəsinin bir hissəsinə elektrik enerjisi verilmir. Elektrik enerjisi dünən saat 23:30-da söndürülüb.

Energo-Pro-Georgianın qaynar xəttindən “Marneuli” radiosuna bildirdilər ki, Marneuli bələdiyyəsində qəza baş verdiyinə görə, işıq söndürülüb.

Marneuli şəhərinin 26 may küçəsi, Rustaveli, Ağmaşenebeli küçələrinə eleketrik enerjisi verilmir. Qırmızı Körpü ərazisində də elektrik enerijisi söndürülüb.

Energo-Pro-Georgianın məlumatına görə, təmir işləri aparılır. Hazırda Marneuliyə elektrik enerjisinin verilib verilməyəcəyi məlum deyil.

Print Email
FaceBook Twitter Google