Marneuli meriyası analar günü ilə əlaqədar 8 gül dəstəsi və hədiyyə səbəti alıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 3 mart analar gününü qeyd etmək üçün 8 gül dəstəsi və hədiyyə səbəti alıb. Meriya alqı-satqını sadələşdirilmiş qaydada həyata keçirib.

Sadələşdirilmiş müqaviləyə görə, Marneuli meriyası analar gününü qeyd etmək üçün hədiyyə səbətləri və gül dəstəsini Gürcüstanın bütövlüyü uğrunda müharibədə həlak olan qəhrəmanların analarına, həyat yoldaşlarıa verməyi planlaşdırır.

“Bildiyiniz kimi, Marneuli bələdiyyəsinin yerli özünüidarəsi hər ilin 3 mart tarixində analar gününü qeyd edir. Bu bayramla əlaqədar Gürcüstanın bütövlüyü uğrunda həlak olmuş qəhrəman analarına və həyat yoldaşlarına gül dəstəsi və hədiyyə səbəti veriləcək.

Gürcüstanın bütövlüyü uğrunda həlak olmuş qəhrəmanları bir daha yad etməyi məqsədəuyğun hesab edirəm. Onların ailələrindəki xanımlara müxtəlif şirniyyatlar və içkilərdən ibarət 8 ədəd hədiyyə səbəti, eləcə də 8 gül dəstəsi alınsın”,
– sadələşdirilmiş müqavilənin izahat kartında qeyd olunub.

Marenuli meriyası 3 mart, analar günü ilə əlaqədar Gürcüstanın bütövlüyü uğrunda həlak olmuş hərbçilərin ana və həyat yoldaşlarına təqdim olunacaq 8 gül dəstəsini sadələşdirilmiş qaydada, fərdi sahibkar Şorena Svanidze-Maçavarianidən alıb. Meriya bunun üçün 320 lari ödəyib.

Meriya 8 ədədhədiyyə səbətini almaq üçün 1175 lari 20 tetri dəyərində, sadələşdirilmiş qaydada ikinci müqaviləni “Madaqoni 2” MMC ilə bağlayıb. Hədiyyə səbətində eksklüziv, prestij, dəniz məhsulları formasında şokolad dəstləri, “Jacobs” qəhvəsi, truffle və likor olacaq.

"Marneuli" Radiosu
Print