Marneulili müğənni Ani Nozadzeyə dəstək üçün bir çox tədbirlər
həyata keçirilib. Sosial şəbəkədə hesab nömrələri də paylaşılır.
Bu hesablar vasitəsi ilə ailə üzvlərinə pul köçürmək mümkündür. Ani
Nozadenin yaxını feysbukda yazıb ki, müğənniyə yardım toplayan və
öz hesab nömrələrini qeyd edən qruplar peydah olub. Onun qohumu
qeyd edir ki, Aninin anası Xatuna Qiorqadze və qardaşı Luka
Nozadzenin hesab nömrəsi qeyd olunmadığı halda başqa hesablara pul
köçürməsinlər.
“Əziz dostlarım, yaxınlarım, tanışlarım və tanış
olmayanlar, mən status yazmağı sevmirəm. Ancaq indi bizim
vəziyyətimizi bilirsiniz. Mən sizdən xahiş etmək istəyirəm və mənim
bacım da ilk dəfə oxuyacaq, müxtəlif qruplar peydah olub. Onlar
“#ანინოზაძისთვის” yardım tələb edirlər. Öz hesab nömrələrini qeyd
ediblər, mən xahiş edirəm, heç kimə 1 tetri də olsa köçürməyin.
Əgər anası Xatuna Qiorqadze və qardaşı Luka Nozadzenin hesabı qeyd
edilməyibsə köçürmə etməyin. Təəssüf ki, bu dünyada başqasının
ehtiyacından istifadə edən insanlar var. Hər kəsə 1 tetri üçün belə
minnətdarlığımı bildirirəm. Bütün həyatım böyü sizə minnətdar
olacağam. Allah sizə can sağlığı versin”, –
yayımlanmış paylaşımda qeyd olunub.
Ani Nozadze insultla bağlı bir neçə aydır xəstəxanadadır.
Yardım etmək istəyənər qeyd olunan hesablara pul köçürə
bilərlər:
✅️TBC Bank:
#GE17TB7894245068100007
Hesabın sahibi: Xatuna Qiorqadze
✅️Terabank:
#GE80KS0036010115185901
Hesabın sahibi: Xatuna Qiorqadze