Marneulili müğənniyə yardım etmək üçün saxta hesablar yayımlanıb
Marneulili müğənni Ani Nozadzeyə dəstək üçün bir çox tədbirlər həyata keçirilib. Sosial şəbəkədə hesab nömrələri də paylaşılır. Bu hesablar vasitəsi ilə ailə üzvlərinə pul köçürmək mümkündür. Ani Nozadenin yaxını feysbukda yazıb ki, müğənniyə yardım toplayan və öz hesab nömrələrini qeyd edən qruplar peydah olub. Onun qohumu qeyd edir ki, Aninin anası Xatuna Qiorqadze və qardaşı Luka Nozadzenin hesab nömrəsi qeyd olunmadığı halda başqa hesablara pul köçürməsinlər.

“Əziz dostlarım, yaxınlarım, tanışlarım və tanış olmayanlar, mən status yazmağı sevmirəm. Ancaq indi bizim vəziyyətimizi bilirsiniz. Mən sizdən xahiş etmək istəyirəm və mənim bacım da ilk dəfə oxuyacaq, müxtəlif qruplar peydah olub. Onlar “#ანინოზაძისთვის” yardım tələb edirlər. Öz hesab nömrələrini qeyd ediblər, mən xahiş edirəm, heç kimə 1 tetri də olsa köçürməyin. Əgər anası Xatuna Qiorqadze və qardaşı Luka Nozadzenin hesabı qeyd edilməyibsə köçürmə etməyin. Təəssüf ki, bu dünyada başqasının ehtiyacından istifadə edən insanlar var. Hər kəsə 1 tetri üçün belə minnətdarlığımı bildirirəm. Bütün həyatım böyü sizə minnətdar olacağam. Allah sizə can sağlığı versin”, – yayımlanmış paylaşımda qeyd olunub.

Ani Nozadze insultla bağlı bir neçə aydır xəstəxanadadır.

Yardım etmək istəyənər qeyd olunan hesablara pul köçürə bilərlər:

✅️TBC Bank:
#GE17TB7894245068100007
Hesabın sahibi: Xatuna Qiorqadze
✅️Terabank:
#GE80KS0036010115185901
Hesabın sahibi: Xatuna Qiorqadze

"Marneuli" Radiosu
Print