Novruz bayramı üçün elan edilmiş 85 485 lari dəyərində tender baş tutmayıb
Marneuli meriyası tərəfindən Novruz bayramı ilə əlaqədar tədbirlərin təşkil edilməsi xidməti üçün elan edilmiş tender baş tutmayıb. Təkliflərin qəbulu 24-27 fevral dövründə mümkün idi. Ancaq heç bir şirkət tenderdə iştirak etməyib. Yerli özünüidarə tədbirin təşkil edilmə xidməti üçün 85 485 lari dəyərində tenderi 16 fevralda elan edib. Bu vəsait ötən il xərclənən vəsaitdən demək olar 20 000 lari artıqdır.

Baş tutmayan tenderə görə, belə çıxır ki, yerli özünüidarə təkrar tender elan etməli olacaq və ya təcili surətdə tələb imkanından istifadə edəcəklər.

Novruz bayramı 21 mart tarixində qeyd olunur.

“Novruz” fars sözüdür. Onun birinci hissəsi, “nov” yeni, ikinci hissəsi, “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi, bəzi ölkələrdə isə yeni ildir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir. Xüsusilə bu gün üçün üç cür şirniyyat, şəkərbura, qoğal, paxlava bişirilir. Eləcə də yumurtalar qırmızı boyanır və səməni ətrafına düzülür.

21 marta qədər Novruz bayramının dörd çərşənbəsi qeyd olunur. Bu etnik azlıqların kimliyinin bir hissəsidir. Çərşənbə yaşam üçün mühüm olan dörd ünsürlə, su, yel, torpaq və odla əlaqədardır.

Qeyd edək ki, Novruzun qeyd olunma qaydasına “Pələng dərisi geymiş pəhləvanda” da rast gəlinir.

Print Email
FaceBook Twitter Google