Bu gün Marneuli ərazisində yağış yağacaq
Bu gün, 3 fevral tarixində gündüz və gecə saatlarında Marneuli ərazisində yağış yağacaq. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bələdiyyədə küləyi əsəcək.

Havanın temperaturu gündüz +8 dərəcə isti olacaq, gecə isə temperatur +4 dərəcəyə qədər enəcək.

Məlumata görə, 4 fevral tarixində bələdiyyə ərazisində gündüz saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Gecə saatlarından isə yenidən bələdiyyədə yağış yağmağa başlayacaq. Gündüz temperatur +16 dərəcə isi olacaq, gecə isə temperatur +5 dərəcə qədər enəcək.

5 fevral tarixinə gəlincə isə Marneuli ərazisində günün və gecə saatlarında yağış yağacaq. Gündüz havanın temperaturu +14 dərəcə istini göstərəcək, gecə isə temperatur +7 dərəcəyə qədər enəcək.

Print Email
FaceBook Twitter Google