“Yeni Düşüncə İnstitutu” gənclər üçün yeni layihəyə start verir
“Yeni Düşüncə İnstitutu” “Marneuli Bələdiyyəsində Praktiki Siyasət və İctimai Vəkillik Məktəbi” adlı yeni layihəyə start verir.

Yeni layihə çərçivəsində Marneulinin müxtəlif kəndlərindən olan 20 gənc seçiləcək. Daha sonra isə seçilmiş gənclər üçün müxtəlif növ təlimlər, o cümlədən seminarlar keçiriləcək.


Seçilmiş gənclərlə birlikdə aktual və maraqlı mövzular ətrafında müzakirələr həyata keçiriləcək.

Həmçinin təşkilatın maliyyə dəstəyindən faydalanan gənclər öz yaşadıqları kəndlərdə ictimai vəkillik kampaniyası da aparmaq imkanlarına malik olacaqlar.

Qeyd edək ki, fəaliyyətlər yalnız gürcü dilində həyata keçiriləcək.

Layihəyə qoşulmaq istəyən gənclər aşağıda qeyd olunan linkə daxil ola bilərlər:

https://docs.google.com/.../1FAIpQLSfP6rnEjft.../viewform...

Layihəyə qeydiyyat mart ayının 10-da yekunlaşır. Layihənin tərəfdaş təşkilatı Qafqaz evidir. Layihə USAID-in Vətəndaş Cəmiyyəti Məşğulluq Proqramının dəstəyi ilə həyata keçirilir.


Print Email
FaceBook Twitter Google