Zaur Darğallı, Kənan Ömərov və Amiran Qiorqadze vətən uğrunda həlak olmuş əsgərlərin analarını ziyarət ediblər
Bu gün, 3 mart tarixində Gürcüstan Parlamentinin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş deputatı Zaur Darğallı, Marneuli meri Kənan Ömərov və Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze 3 mart “Analar günü” münasibəti ilə vətən uğrunda həlak olmuş olmuş əsgərlərin analarını ziyarət ediblər.

Bu barədə Zaur Darğallı öz “Facebook” səhifəsində paylaşım edib. O, bu gün münasibəti ilə həyatını itirmiş əsgərlərin analarını təbrik etdiklərini bildirib. Ziyarət zamanı analara gül buketləri təqdim olunub.

Darğallı paylaşımında övladını itirən anaların Gürcüstanı qorumaq üçün canlarını fəda etmiş, ölkəyə layiqli vətəndaşlar yetişdirdiklərini bildirib.


Print Email
FaceBook Twitter Google