Aşağı Güləver kəndinin sakinləri etiraz aksiyası keçiriblər (FOTO)
Bu gün, 4 mart tarixində Bolnisi rayonunun Aşağı Güləver kəndinin sakinləri etiraz aksiyası keçiriblər. Etiraz aksiyasına səbəb "RMG" şirkətinin Aşağı Güləver və ətraf kəndlərə yaxın ərazilərdə qazıntı işləri aparmasıdır.

Kənd sakinlərinin sözlərinə görə, bir neçə müddətdir ki, Aşağı Güləver, Darvaz və digər bir neçə kəndin ərazisində qazıntı işləri aparılır. Nəticədə meşələr məhv edilir, otlaq sahələri ləğv olunur.

Əhalinin dediyinə görə, bu cür qazıntı işlərinin aparılması onların sağlamlığı və həyatları üçün təhlükəlidir. Onlar aidiyyəti orqanlardan kömək istəyirlər. Sakinlər bildirirlər ki, onlar 300 yaxın imza toplayıblar. Toplanan imzalarla Prezidentə, Baş nazirə, Ətraf Mühitin Mühafizəsi Agentliyinə və Parlamentə müraciət ünvanlanacaq. Həmin müraciətdə onlar aidiyyəti orqanlardan hüquqlarının qorunmasını tələb edirlər.

Qeyd edək ki, Aşağı Güləver (Geta) və digər bir neçə kəndin sakinləri 2 mart tarixində Bolnisi meriyası önündə də etiraz aksiyası keçirmişdilər. Aksiya zamanı Bolnisi meri David Şerazadişvili bildirmişdi ki, sözügedən problem haqqında məlumatları var və məsələnin həlli üçün qazıntı işləri aparan şirkət və kənd sakinləri ilə görüş təşkil olunacaq.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google