Bu gün Marneuli ərazisində hava necə olavcaq
Bu gün, 6 fevral tarixində günün birinci yarısında, Marneuli ərazisində havanın parçalı buludlu olacağı gözlənilir. Günün ikinci yarısı bələdiyyədə yenidən yağış yağmağa başlayacaq. Gecə saatlarında da yağış yağacaq. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bələdiyyədə mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz +16 dərəcə isti olacaq, gecə isə temperatur +5 dərəcəyə qədər enəcək.

Məlumata görə, 7 fevral tarixində bələdiyyə ərazisində gündüz saatlarında havanın günəşli olacağı gözlənilir. Gecə saatlarından isə Marneulidə hava parçalı buludlu olacaq. Gündüz havanın temperatur +15 dərəcə isi olacaq, gecə isə temperatur +3 dərəcə qədər enəcək.

8 fevral tarixinə gəlincə isə Marneuli ərazisində gündüz saatlarında hava buludlu olacaq. Gecə saatlarında isə havanın parçalı buludlu olacağı gözlənilir. Gündüz havanın temperaturu +13 dərəcə istini göstərəcək, gecə isə temperatur +3 dərəcəyə qədər enəcək.


Print Email
FaceBook Twitter Google