“Ən aqressiv formada da olsa bu qanun qəbul olunsa belə, onun icrası qeyri-mümkündür” – Qiorqi Çauçidze
Marneulidə işləyən pedaqoq, Milli Müəllim Mükafatının qaliblərindən biri Qiorqi Çauçidze “xarici təsir agentləri” haqqında qanun layihəsinə münasibət bildirib.

O, qeyd edir ki, qanun layihəsinin məqsədlərindən biri qütbləşmiş cəmiyyətin daha da parçalanmasıdır. Müəllim hesab edir ki, qanun Gürcüstan əhalisinə ziyan gətirəcək.

“Bu gün buna diqqət yetirmək, bunu düşünmək istədikləri qeyri-müəyyəndir. Görünür, məqsəd budur ki, qanun layihəsinin müəllifləri kimin Avropadan, Amerika fondlarından maliyyələşdirildiyini bilmək istəyirlər. Axı bu onsuz da aydındır? Kimsə bilmir? Mən, məsələn, bizim qərbdən olan dost tərəfdaş ölkələrin maliyyəsi ilə çox layihə həyata keçirmişəm. İndi də USAİD tərəfindən maliyyələşdirilən təhsil proqramı üzərində işləyirəm. Bu kimin üçünsə gizlidir? Bu qanun layihəsinin müəlliflərinin nə istədikləri aydın deyil. Amma nəticələrə əsasən görünür. Bu gün vəziyyətin necə gərgin olduğunu görürsünüz. Vəziyyət yenə də qarşı-qarşıyadır. Qütbləşmiş cəmiyyəti daha da parçalamaq – nəticədə bunu əldə edirik. Bu halda yalnız hakimiyyət və keçmiş hakimiyyət tərəfini nəzərdə tutmuram. Eləcə də müxalifət tərəfində də bu baxımdan, bu qaranlıq məqsədləri həyata keçirmək baxımından yaxşı tərəfdaşlar var ki, bizim cəmiyyət yenə necə isə parçalansın. Bu bir oyunçunun oyunu deyil. İkitərəfli iştirak lazımdır və belə adamlar burada da, orada da var. Bu prosesdə bizim, ictimaiyyətin əksər üzvlərinin maraqları ümumiyyətlə başqa yerə yönləndirilib”.

Müəllim fikirləşir ki, əgər qanun layihəsini qəbul etsələr, belə onun icrası mümkün deyil və karikatura olaraq qalacaq.

“Ən aqressiv formada da olsa, bu qanunu qəbul etsələr də, bu gün Gürcüstanda, 2023-cü ildə bunu ciddi icra etmək mümkün deyil. Bu sadəcə karikatura olacaq, tam əminəm. Nə ötən əsr, nə də ötən sərsin 30-cu illəri deyil, biz başqa ictimaiyyətik. Bizim qərbli dostlarımız bizimlədirlər və bizim onlara inteqrasiya olmağımızla maraqlanırlar”.

"Gürcü Arzusundan" formal olaraq ayrılmış "Xalqın gücü" qrupu Gürcüstan Parlamentində “xarici təsir agenti” haqqında qanun layihəsini qeydiyyatdan keçirib. Qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu xarici təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət təşkilatları “Xarici təsir agenti” hesab olunacaq. Rusiya analoji qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv etməkdir.

6 mart tarixində Gürcüstan Parlamentində artıq ikinci dəfə qanun layihəsini müzakirə edirlər. Səhərdən yüzlərlə adam Parlament qarşısına toplaşıb Rusiya analoqu olan qanun layihəsinə etiraz edirlər.

Print Email
FaceBook Twitter Google