Kürtlər kəndində Arzu Tükənova yardım məqsədi ilə qanvermə aksiyası keçirilib (FOTO)
5 mart tarixində Marneuli rayonunun Kürtlər kəndində Arzu Tükənova dəstək məqsədi ilə qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasında Kürtlər ərazi vahidliyinə daxil olan Kürtlər, Baydar, Böyük Muğanlı və Lejbəddin kəndlərinin sakinləri iştirak ediblər.

Marneuli rayonunun Ağməmmədli kəndində yaşayan Arzu Tükənov illərdir ki, böyrək çatışmazlığından əziyyət çəkir. Onun əməliyyat olunması üçün 80 000 dollara ehtiyac var. Xeyriyyə aksiyası yardımsevər insanlar tərəfindən təşkil olunub. Qanvermə aksiyası 5 mart saat 10:00-dan 18:00-dək davam edəcək. Aksiyaya könüllü olaraq qoşulmaq mümkündür.

Xatırladaq ki, Kürtlər ərazi vahidliyinə daxil olan kəndlərdən Arzu Tükənova 1 000 lari dəyərində maddi yardım da toplanmışdı. Maddi yardım kənd sakinləri tərəfindən Tükənovlar ailəsinə təqdim olunmuşdu.

Qeyd edək ki, 45 yaşlı Arzu Tükənov böyrək çatışmazlığından əziyyət çəkir və təcili olaraq böyrək köçürülməlidir. Ailənin əməliyyat üçün maddi imkanları yoxdur. Buna görə də ailə vətəndaşlardan kömək istəyir.

Yaxınlarının verdiyi məlumata görə, onun ailə üzvlərinin heç biri donor ola bilməyib. Buna görə də o, təcili şəkildə xaricə aparılmalıdır. Həmin əməliyyat isə Belarusda fəaliyyət göstərən xəstəxanaların birində həyata keçiriləcək.

Maddi yardım göstərmək üçün hesab nömrəsi: GE73BG0000000797410500 və ya GE03LB0711117152472002.



Print Email
FaceBook Twitter Google