Marneuli meriyası 27 fevralda 4 020 lari dəyərində süfrə açıb
Marneuli yerli özünüidarəsi 27 fevral tarixində 4020 lari dəyərində süfrə açıb.

Marneuli meriyası tərəfindən yayımlanan sadələşdirilmiş müqaviləyə görə, yerli özünüidarə qonaqları qarşılayıb.

"Xatırladaq ki, 2023-cü ilin 27 fevral tarixində Marneuli meriyası müxtəlif dövlət strukturlarından dəvət olunmuş qonaqları qarşılayacaq. Buradan irəli gələrək, həmin qonaqlar üçün nahar yeməyi lazımdır. Xahiş edirik, qüvvədə olan qanunvericiliyə əsasən, müvafiq xidmətə qonaqların qarşılanmasını və alqı-satqılarla bağlı fəaliyyətləri həyata keçirmək tapşırığı verəsiniz",
– sadələşdirilmiş müqavilənin izahatnaməsində qeyd olunub.

Marneuli meriyası tərəfindən yayımlanmış məlumatda kimim hansı məqsədlə bələdiyyəyə gəlməsi konkret qeyd olunmayıb. Özünüidarə qonaqların naharla təmin edilməsi üçün fərdi sahibkar Vladimer Kimadze ilə sadələşdirilmiş müqavilə bağlayıb.


Print Email
FaceBook Twitter Google