Marneulinin Fövqəladə Halların İdarəolunması Xidmətinin keçmiş
rəhbəri, polkovnik Paşa Ənvər oğlu Yusubov 4 mart tarixində
dünyasını dəyişib.
O, 40 il ərzində Fövqəladə Halların İdarəolunması Xidmətində
çalışıb.
Paşa Yusubov 3 oktyabr 1956-cı ildə Marneuli şəhərində anadan olub.
O, orta təhsilini elə həmin şəhərin 3 saylı ictimai məktəbində
alıb. 4 il Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən polis
məktəbində, 5 il isə Moskva Polis Akademiyasında oxuyub. Təhsilini
bitirdikdən sonra o, 2 il ərzində Tbilisidə yanğınsöndürən kimi
işləyib.
Paşa Yusubov 1980-ci ildən sonra Marneulinin Fövqəladə Halların
İdarəolunması Xidmətində müfəttiş vəzifəsində işləyib. Daha sonra
isə idarənin rəhbəri vəzifəsində çalışıb. O, 2017-ci ildə təqaüdə
çıxaraq peşəsindən ayrılıb. Keçmiş polkovnik 67 yaşında Marneuli
şəhərində dünyasını dəyişib.
Paşa Yusubovun dostları və işlədiyi idarənin əməkdaşları onun
ailəsinə və yaxınlarına başsağlığı verirlər. O, ailəli olub. İki
qızı var.