Bu gün, 10 mart tarixində USAID-in Gürcüstan üzrə missiya direktoru
Con Penel Marneulidə səfərdə olub.
O, həmçinin, “Marneuli” radiosunda qonaq olan zaman onunla bir neçə
məsələ ilə bağlı söhbət etdik.
Vətəndaş cəmiyyətinin əhəmiyyəti, Avro-inteqrasiya və “rus qanun
layihəsi” – bu USAID-in missiya direktorunun cavablandırdığı əsas
mövzulardır.
- Sizin səfərinizin məqsədi nədir və Marneuliyə səfərinizi necə
qiymətləndirərdiniz?
-
“İlk növbədə minnətdarlığımı bildirirəm. Sevinirəm
ki, bir daha buraya gəlmək imkanım oldu. Bir neçə ay əvvəl
Marneuliyə gəlmişdim. Marneulidə çox yaxşı görüşlərimiz oldu. Bu
gün bir daha burada, sizin radioda olmağım medianın nə dərəcədə
mühüm olmasının göstəricisidir. “Marneuli” radiosu əhali üçün böyük
dəyərdir və inkişaf yolunda böyük töhfə verir. Bu gün səhər “Hazır
şitil” müəssisəsinə getmişdim. Bu istixana təsərrüfatıdır. Onlar
müxtəlif şitillər becərirlər. Çiyələk şitilləri var və qaragilə
şitilləri becərməyi də planlaşdırırlar. Bizim dəstəyimizlə
laboratoriya qurublar, toxum vermişik və istehsalı yaxşılaşdırmaqda
onlara kömək etdik. Onların iş yeri yaratması və yerli sakinləri
işlə təmin etməsi mühümdür. Baş direktor cənab Erhanla danışdım və
bizim tərəfdaşlığımız çərçivəsində onların satışı artacaq,
həmçinin, yeni iş yerlərinin yaradılması üçün şərait yaranacaq.
Eləcə də “Salam” ictimai təşkilatı ilə görüşdük. Təşkilatı etnik
azərbaycanlılar təmsil edir. Bunlar icmanın qayğısına qalan
gənclərdir. “Salam” USAİD-lə tərəfdaşlıq edərək işləyir və yalnız
Marneulidə deyil, Dmanisi, Bolnisidə yerli azərbaycanlı əhalinin
yaşam tərzini yaxşılaşdırmağa çalışır. Onlar gedirlər, şəxsən əhali
ilə görüşürlər və sonra xalqın sözünü hökumət nümayəndələrinə
çatdırmağa çalışırlar”.
- Gürcüstan Parlamenti 7 mart tarixində ilk oxunuşda “xarici təsir
agentləri” haqqında qanunu qəbul etdi. Bu genişmiqyaslı etirazlara
səbəb oldu və bundan sonra hakim qüvvə qanun layihəsini geri çəkdi.
Gürcüstanda son həftə ərzində baş verən hadisələri necə
qiymətləndirsiniz?
-
“İlk növbədə bu sual üçün çox sağ olun. Bu
Gürcüstanın maraqlarını daşıyacaq qanun deyil. Bu Gürcüstanın
Avropalı gələcəyinə mane olmamalıdır və Avropa İttifaqına qoşulmaq
birmənalı şəkildə olmalıdır. Nə qədər adamın küçəyə çıxmasını və
söz azadlığını qorumaq istəməsini görmək çox yaxşıdır. Aydındır ki,
əhali onların gələcəyinin yalnız Avropa ilə bağlı olduğunu
bildirirdi. Eləcə də USAİD-in əhali, gürcü xalqı ilə bu məzmunda
qanunla bağlı tərəfdaşlığından danışaq. USAİD, misal üçün, ictimai
təşkilatla tərəfdaşlıq edir. “Salam” bunun üçün yaxşı nümunədir.
USAİD əhali arasında investisiya qoyur, öz icmalarına və ölkələrinə
dəstək göstərməkdə məqsədli olan adamlara kömək edirik. Biz uğurlu,
təhlükəsiz cəmiyyət yaratmaq istəyirik. Biz insanların öz
hüquqlarını qoruya bilmələri üçün hər şey edirik. USAİD 30 il
ərzində tərəfdaşlıqlar yaradırdı. Çünki Amerika Birləşmiş Ştatları
həmişə Gürcüstanın güclü, iqtisadi baxımdan stabil ölkə olmasını
istəyir. Vətəndaş cəmiyyəti haqqında çox şey eşitdik, amma
reallıqda vətəndaş cəmiyyəti nədir? Bu bir yerə toplaşan, sonra öz
icmasına, ölkəsinə dəstək olacaq xalq, yenə də öz əhalisinə kömək
edən insanlarla əməkdaşlıqdır. Bu fermerlərə kömək edəcək və
gəlirlərini artıracaq adi fermerlər ola bilər. Bunlar öz
icmalarının ölkədə bərabər səviyyədə təmsil olunmasını istəyən
etnik azlıq nümayəndələri ola bilər. Bu zorakılıq qurbanı olan
qadınların hüquqlarını qoruyacaq qadınlar və ya qanun çərçivəsində
öz hüquqlarını qorumağa çalışan fiziki imkanları məhdud şəxslər ola
bilər. Bunun Amerika qanunu olması ehtimalı, əlbəttə yalandır.
Avropa İttifaqı bildirdi ki, Gürcüstanın Avropaya namizəd statusu
almasına mane olacaq bu qanun belə qanun ola bilməz. Bugünkü
hadisələr də birmənalı olaraq göstərdi ki, Gürcüstan əhalisinin
Gürcüstan Avropa İttifaqının üzvü olmalıdır çağırışı
Konstitusiyanın bir hissəsidir. Gürcüstan əhalisi nə istədiyini
hamıdan yaxşı bilir. Bu uğur, təhlükəsizlik, azadlıqdır. Onlar
Avropa İttifaqına inteqrasiya olmaq istəyir və məhz bu məqsədə
doğru tələsirlər. Bu qanun geri çəkilməsəydi, bizim səfirliyin
bildirdiyinə görə, bu həqiqətən də qara gün olardı. Həqiqətən də
pis olardı, çünki məhz bu azad söz və imkanlar demokratiyaya əsas
yaradır, buna etnik azlıqlar, ölkədə yaşayan bütün adamlar
qoşulub”.
- Gürcüstanın indi Avropa İttifaqına üzv olmağa ən yaxın olduğu
vaxtda Gürcüstan hakimiyyəti və xalq Avropaya inteqrasiya üçün nə
etməlidir?
-
“Hökumət başdan götürdüyü istiqaməti davam
etdirməlidir. Bu Avropa İttifaqına gedən yolu nəzərdə tutan
istiqamətdir. Bunun üçün o götürdüyü öhdəlikləri yerinə
yetirməlidir. Bu öhdəliklər Avropa İttifaqının 12 bəndlik planı
olaraq tanınır. Əlbəttə, Gürcüstan hökuməti, QHT-lər tərəfindən
təşviqat həyata keçirməlidir və Avropa İttifaqına üzvlüyün ölkəyə
hansı faydalar verə biləcəyini əhaliyə izah etməlidirlər. Bu fayda
iş yerləri, iqtisadi təhlükəsizliklə - bütün ölkənin təhlükəsizliyi
ilə əlaqədar ola bilər. Adamlar bunun nə olduğunu və real olaraq
bunun dəyərini yaxşı başa düşməlidirlər. Sözügedən qanunun geri
çəkilməsi yaxşıdır. Bu sadaladığım imkanlara mane olacaqdı və
onları məhv edəcəkdi”.
- Sizin, USAİD-in missiya direktoru olaraq hansı gözləntiləriniz
var və Gürcüstanda fəaliyyətinizə necə davam etməyi
düşünürsünüz?
-
“Altı aydır ki, Gürcüstandayam. Əlbəttə, mən gürcü
xalqında çox böyük potensial, Avropa yolunda irəliləmək istəyi və
qətiyyət görürəm. Ötən günlər də əhalinin nə istədiyini real olaraq
göstərdi. Bizim Marneuli və bütün ölkədə göstərdiyimiz fəaliyyət
əhali üçün işləməyimizdir. Əhali üçün mühüm olan sahələrin
dəstəklənməsidir. Bu kənd təsərrüfatı, səhiyyə, fiziki imkanları
məhdud şəxslərə dəstək, həssas əhaliyə kömək etmək, ailədə
zorakılıq qurbanı olan qadınlara yardım göstərmək və s. ola bilər.
Bizim dəstəklədiyimiz bütün proqramlar həlledici və ölkənin
inkişafı üçün mühümdür. Sevinirəm ki, biz bu istiqamətdə ölkənin
məqsədinə çatmasına kömək edirik”.
- Sizin fikrinizcə Gürcüstanda demokratik dəyərlərin yaradılmasına
nə mane olur?
-
Ötən gün-gecə ərzində baş vermiş hadisələr, əlbəttə,
öz-özlüyündə çox şey deyir. Aparılan bu araşdırmalar, sorğular,
nəticələr göstərir ki, Gürcüstan əhalisinin əksəriyyəti Avropa
İttifaqına üzv olmağı istəyir və əhali hökumətin onlara yanaşmada
hesabatlı olması üçün hər şey edir. Konstitusiya da bunu deyir ki,
ölkə Avropa İttifaqına üzv olmağa doğru gedir. Dəyərlərdən söhbət
açırıqsa, bu ölkənin möhkəmliyi, uğuru, azadlığı,
təhlükəsizliyidir. Bu ölkəni Avropa İttifaqına üzv olmağa aparacaq
dəyərlərdir”.
Qeyd edək ki, bu Con Penelin Marneuliyə ikinci səfəridir. O, bu gün
“Salam” ictimai təşkilatını ziyarət edib, eləcə də “Hazır şitil”
müəssisəsində olub.